-

ATVİB  HAQQINDA

Ana səhifə ATVİB HAQQINDA 12 Kasım 2016 823
ATVİB  HAQQINDA

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi 1993-cü ildə dövlət qeydiyyatından keçib.

Axısxa Türkləri “Vətən”  İctimai Birliyinin əsas məqsədi Axısxa Türklərinin hüquqlarının bərpası və tam bəraət qazanmasına nail olmaqdır. Yarandığı gündən etibarən Azərbaycanda yaşayan Axısxa Türklərinin birliyinin təmin edilməsi, onların ictimai-sosial problemlərinin həlli yönündə faydalı tədbirlərin təşkili, tarixi vətən Axısxaya köç prosesində qabaqcıl işlərin görülməsi və s. istiqamətdə çox mühüm işlər həyata keçirilmişdir.

İctimai Birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə 2012-ci ildə “Azərbaycanda yaşayan Axısxa türklərinin etnik və mədəni həyatının işıqlandırılması” mövzusunda silsilə sənədli filimlər hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-ci ildə  maliyyələşdirdiyi “Axısxa Türklərinin tarixi vətənlərinə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində vətənə köç etmək istəyən Axısxa Türkləri ilə mütəmadi görüşlər keçirilib.

Şərh üçün bağlıdır.

footer