-

“Axısxa Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi

Ana səhifə LAYİHƏLƏR 05 Ağustos 2016 305
“Axısxa Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi

Layihənin məqsədi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 4 ay müddətində həyata keçiriləcək “Axısxa Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” adlı layihənin məqsədi Azərbaycanda yaşayan Axısxa Türkləri arasında tarixi vətən Axısxaya köç etmək istəyən axısxalı ailələri köç prosesi haqqında maarifləndirmək, onlara lazımi hüquqi və ictimai dəstəyi təmin etməkdir. Köç prosesində yaranan çətinliklərin araşdırılaraq üzə çıxarılması və onların aradan qaldırılması üçün həm dövlət qurumları həmçinin xarici dövlətlər qarşısında təşəbbüslər irəli sürməkdir.

Layihə çərçivəsində Azərbaycanda Axısxalı Türklərin toplum halda yaşadıqları Saatlı-Sabirabad-Beyləqan, Gəncə-Qazax-Ağstafa, Quba-Xaçmaz-Şabran rayonlarında yaşayan Axısxa Türklərinin iştirakı ilə silsilə tədbirlər həyata keçirildi. Saatlı, Quba, Gəncə, Şabran rayonlarında keçiriləcək tədbirlərdə əsas müzakirə mövzusu Axısxa Türklərinin tarixi vətənlərinə köç prosesində maarifləndirmə işinin təşkili oldu. Bu məqsədlə, müxtəlif vasitələrlə köç prosesindəki vəziyyəti öyrənməyi, KİV-də monitorinqini aparmağı, Azərbaycan dövlətinin dəstəyini kütlələrə çatdırmağı, bununla da, bu prosesdəki problemlərin həllinə yardımçı olmağı vəzifə olaraq qəbul etdik.

Köç prosesi haqqında maarifləndirmə işinin təşkili

Gürcüstan Parlamenti tərəfindən 11 iyul 2007-ci il tarixdə “XX əsrin 40-cı illərində Gürcüstandan sürgün olunmuş şəxslərin vətənlərinə dönmələri” haqqında qanun qəbul edilmişdir. Həmin qanuna əsasən bu günə kimi 1700 nəfərə qədər Axısxa türkünə repatriant (vətənə dönüş icazəsi) statusu verilmiş, onlardan 497 nəfərinə isə şərti Gürcüstan vətəndaşlığı verilib. Şərti vətəndaşlıq alan şəxslər Gürcüstana köç etmək üçün Azərbaycanın rəsmi orqanlarına vətəndaşlıqdan çıxmaq barədə ərizə verdikdən sonra tam Gürcüstan vətəndaşı ola bilərlər.

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi tərəfindən bu layihə çərçivəsində tarixi vətənə dönmək istəyən Axısxa Türklərinə Gürcüstanda evlərin alınması işində məsləhətlərin verilməsi, köç zamanı sərhəd keçid məntəqələrində əmələ gələbiləcək çətinliklərin aradan qaldırılması, vətəndaşlıqdan çıxmaq haqqında sənədlərin hazırlanması işlərində lazımi köməklik göstərilməsi nəzərdə tutulur.

Hal-hazırda repatriant statuslarının və şərti vətəndaşlıqların verilməsi prosesi davam edir. Yeni veriləcək olan repatriant statusu və şərti vətəndaşlıqlar barədə Axısxa türklərinə yeni məlumatların verilməsi də bu layihə çərçivəsidə həyata keçirildi.

Bundan əlavə layihə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində tarixi vətənlərinə köç etmək istəyən Axısxa Türkləri köç prosesi ilə əlaqədar güncəl məlumatlar alaraq, köç prosesinin necə həyata keçiriləcəyi barədə düzgün istiqamət seçmə imkanı qazandı. Bununla da tarixi vətənlərinə köç edəcək olan axısxalılar bir millət iki dövlət şüarını rəhbər tutaraq ikili münasibətləri daima inkişaf etdirən Azərbaycan-Türkiyə və həmçinin Azərbaycan-Gürcistan əlaqələrinə töhfə verməyi hədəfləyir.
Layihə müddəti ərzində maarifləndirmə işinin təşkili ilə əlaqədar 24 müxtəlif yazı hazırlanacaq və bu yazılar mediada işıqlandırılacaq. Layihə çərçivəsində hazırlanacaq yazıların azərbaycan dilində işıqlandırılması nəzərdə tutulurdusa da təşkilat öz daxili imkanlarından istifadə edərək yazıların ingilis və türk dillərinə də tərcümə edilməsini təmin edəcək. Bunun nəticəsində Axısxa Türklərinin tarixi vətənlərinə köç prosesi haqqında yeni məlumatlar xarici ölkələrin KİV-lərində işıqlandırılmış olacaq.

Şərh üçün bağlıdır.

footer