-

Universitetdə oxumaq özəl bir duyğu, hələ bir də doğma vətəndə isən… ÖZƏL XƏBƏR

Ana səhifə XƏBƏRLƏR 04 Kasım 2016 96485
Universitetdə oxumaq özəl bir duyğu, hələ bir də doğma vətəndə isən… ÖZƏL XƏBƏR

Dünya Ahıska Türkləri Birliyi və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə T.C Başbakanlıq Yurt Dışı Türklər və Əqraba Topluluqlar Başqanlığı, tərəfindən dəstəklənən layihə çərçivəsində 2015-2016-cı tədris ili üçün Azərbaycandan Gürcüstanın Samsxe-Cavaxeti Dövlət Universitetinə 30 nəfər tələbə göndərildi.

Layihə çərçivəsində Gürcüstanın Samsxe-Cavaxeti Dövlət Universiteti nəzdində bir il gürcü dili kursu keçən tələbələr artıq 2016-2017-ci tədris ilində birinci kursa başladılar.

“AXISXA” qazeti olaraq Samsxe-Cavaxeti Dövlət Universitetində müxtəlif fakültələrdə təhsil alan tələbələrin universitet və vətəndə yaşadıqları duyğuları haqqında fikirlərini öyrəndik.

Həmin təəsuratları siz dəyərli oxucularımızla paylaşırıq.

Nigar İsmayılova: “Bizim buraya gəlmə səbəbimiz vətənimiz olan Axısxada oxumaq həvəsimiz olub. Bizdə  bu həvəsi oyadan ulu-babalarımız olmuşdur. Onlar bizə hər zaman vətənimizə olan sevgiləri haqqında danışırdılar və bizdə də böyük həvəs oyandı. Ona görə məhs vətənimiz olan  Axısxaya oxumağa  gəldik.”

İlyazova Fəridə: “Biz buraya ilk gəldiyimizdə gürcü dilində yazmağı və oxumağı bilmirdik. Sağ olsun gürcü müəllimlərimiz bizə çox kömək etdilər. Onların sayəsində biz gürcü dilində yazmağı və oxumağı öyrəndik. Hal-hazırda hər birimiz ayrı-ayrı fakütələrdə təhsil alırıq.”

Akipova Aynura: “Müəllimlərimiz  hələ də  bizə hər çətinliyimizdə kömək edirlər. Gürcü dostlarımızın da böyük köməkləri toxunur. Biz universiteti qurtardıqdan sonra Gürcüstanda qalıb işləmək istəyirik. Biz istəyirik ki, digər axısxalı gənclərimiz öz vətənlərində gəlib təhsil alsınlar. Bu sayədə onların da vətənə xeyirləri toxunsun ve yeni nəsillərə örnək olsunlar.”
Süleymanova Dilarə: “Biz hamımız Gürcü xalqı ilə birlikdə gözəl kollektiv olduq və biz də istəyirik ki buraya  gələn yeni tələbələr də gürcü xalqı ilə gözəl kollektiv olsunlar. Biz də buraya gəlcək yeni tələbələrə kömək edəcəyik. Biz burda təhsil aldığımıza çox sevinirik. Bu  işdə əməyi olan  Türkiyə və Azərbaycan Dövlətlərinə o cümlədən əməyi olan hər kəsə böyük minətdarlığımızı bildiririk.”

Biz də “Axısxa” qəzeti olaraq bu gənclərin Gürcüstanın Samsxe-Cavaxeti Dövlət Universitetində təhsil almalarında dəstəyini əsirgəməyən T.C Yabancı Türklər və Əqraba Topluluqlar Başqanlığına, TİKA Gürcüstan Koordinasiya Ofisinə, Aziz Mahmud Hüdayi Vəqfinə öz dərin minnətdarlığımızı bildiririk.

Xəlil Sərvərov

Tbilisi Dövlət Universiteninin III kurs tələbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

footer