C. Sen 20th, 2019

Qubada “Alma festivalı” keçirilib

Read Time1 Minute, 3 Seconds

Oktyabrın 8-i Quba rayonunda “Alma bayramı” keçirilib. Tədbirə millət vəkilləri, 20-dən çox xarici ölkələrin Azərbaycandakı nümayəndələri də qatılıb.

Quba rayonunda keçirilən “Alma bayramı”-na  millət vəkilləri, 20-dən çox xarici ölkələrin Azərbaycandakı nümayəndələri də qatılıb.

Tədbirdə milli adət-ənənələri əks etdirən kompazisiyalar qurulub, rayonda becərilən alma sortları nümayiş olunub. Eləcə də almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyllər və içkilər iştirakçılara təqdim olunub. Bundan başqa, ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşib.

qubada-alma-festivali_resim-2

Bayram tədbiri  çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunub. Azərbaycanın şimal zonasında yaşayan Axısxa Türkləri ilə yanaşı Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov da alma festivalında iştirak edib.

Tədbir tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib.

 

0 0