C. Sen 20th, 2019

Gələcəyə multikulturalist dəyərlərlə…!

Read Time4 Minutes, 21 Seconds

Azərbaycandakı mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəni çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirmişdir. Bu gün həmin mədəni və etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin  gücləndirilməsini zəruri edir.

Azərbaycan Respublikasında hökm sürən etnik və dini tolerantlıq dünyaya bir nümunədir. Ölkəmizdə istər milli və irqi ayrı-seçkilik yoxdur və heç vaxt olmamışdır.

Sadalanan prinsipləri nəəzrə alıb Saatlı və Sabirabad  rayonlarında multikultral layhənin həyata siyah maske keçrilməsi üçün Azərbaycan Respubilkası Prezidenti yanında Gənclər Fonduna bir gənc olaraq,”Gələcəyə multikultrialist dəyərlərlə”adlı layhə ilə müraciət etdim.8 ci qrant musabiqənin qaliblərindən biri olan bu layhə 2016 ci ilin oktyabr-dekabr ayları ərzində Saatlı və Sabirabad rayonlarında həyata keşirildi.Layhənin əsas məqsədi bu rayonlarda yaşayan Axıska türklərinin milli folklor nümunələrini həmçinin dunya və milli folklor numunələrinin qarşılıqlı formada cəmiyyətə təqdim etməkdən və festival xarakterli tədbirin həyata keçirilməsindən ibarət idi.Umumilikdə lahhədə 118 nəfər gənc layhə iştirakçısı olaraq iştirak edirdi.Layhədə tamaşacı kimi cəmiyyətin umumilikdə 1500 dən artıq insanın iştirakı ilə həyata keçrilən tədbirləri insanlar tərəfindən maraqla qarşılandı.

dsc_6031

Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyəsinə qaldırılıb və bu xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətidir. Onun  siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Heydər Əliyevin   rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət ölkəmizdə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun etibarlı qarantıdır.

Cənab Prezidentin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, islam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2009-cu ildə Bakının «İslam mədəniyyətinin paytaxtı» elan olunması və 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi, 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili» elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.

dsc_6034

Bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi tarixi, mədəni inkişafının göstəricisidir. Azərbaycanı təsadüfi olaraq Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası  münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırmırlar. Ölkəmiz çox əsrlik tarixinin bütün dövrlərində milli mənəvi zənginliklərini qorumaqla bəşəri dəyərlərə sadiqliyi, Qərb dünyasına bəxş etdiyi korifeyləri ilə fərqlənmişdir.

Bir azərbaycan gənci olaraq Vətənim Azərbaycan və azərbaycanlı olmağımla fəxr edirəm.Bu millət və dövlət ücün hər zaman çalışmağa hazıram və bu prinsipi təlim-dərs verdiymiz şagirdlərədə aşlamaqdan böyük zövq alırıq.

Layhənin həyata keçməsində bizə kömək olan hər bir kəsə öz dərin minnətdarlığmızı bildiririk.

Sonda fikirimi Prezident cənab İlham Əliyevin multikulturalizm haqqında dedikləri ilə tamamlamaq istəyirəm: «Multikulturalizm Azərbaycanda dövlət siyasətidir.  Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir…»

Rübabə Quliyeva

Ə.Şüküroğlu adına Varxan kənd tam orta məktəbinin

 direktor müavini. Dil-ədəbiyyat müəliməsi.

http://www.siyahmaskesatisi.com/

0 0