-

İbrahim Ziya oğlu Məmmədov – Tərcümeyi-hal

İbrahim Ziya oğlu Məmmədov – Tərcümeyi-hal

09.06.1960-cı ildə Özbəkistanın Əndican vilayətində anadan olub. Həmin ildə Azərbaycan Respublikası Sabirabad rayonu Əhmədabad kəndinə köç edib. 1967-77-ci illərdə Əhmədabad Kənd Orta Məktəbində təhsil alan İbrahim Məmmədov 1978-80-ci illərdə hərbi xidmətdə olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olub. 1988-ci ildə həmin fakültəni bitirib.
1989-1992-ci illərdə Azərbaycan Dövlət Dəmiryol İdarəsində hüquqşünas vəzifəsində,
1992-96-cı illərdə Azərbaycan Respublikası Arbitraj Məhkəməsində,

1996-2000-ci illərdə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsində,

2000-2008-ci illərdə Azxərbaycan Respublikası Apelyasiya Məhkəməsində çalışıb.

Əslən Gürcüstan Respublikası Axısxa rayonu Tatanis kəndindəndir.

Axısxa cəmiyyətindəki fəaliyyəti:

1983-90-cı illərdə Təmindar Səidovla “Vətənə Dönüş” çalışmalarına katılan İbrahim Məmmədov 1990-93-cü illərdə Koçali Lətifovun başçılığı altında Axısxa Türkləri “Vətən” Cəmiyyətinin nizamnaməsinin hazırlanmasında və “Vətən” Cəmiyyətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi olaraq dövlət qeydiyyatına alınmasına köməklik göstərib. 1993-cü ildən bu günə qədər “Vətən” Cəmiyyətinin fəaliyyətində Axısxaya dönüşlə əlaqədar fəaliyyət göstərib. Azərbaycan Respublikasında vətənə dönüş üçün status almaq niyyətində olan 13 min ərizənin toplanmasında və onların lazımi qaydada işlənib hazırlanmasında yaxından iştirak edib.

03.03.2012-ci il tarixdə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” Cəmiyyətinin növbəti VIII, 04.04.2015-ci il tarixdə isə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin IX qurultayında zərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyətinin sədri sədr seçilib.

Şərh üçün bağlıdır.

footer