C. Sen 20th, 2019

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il keçir.

Read Time1 Minute, 47 Seconds

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

Azərbaycanda yaşayan Axısxa Türkləri və bütün Axısxa Türkləri adından dövlətimizin möhkəmlənməsi və millətimizin gələcəyi üçün əvəzsiz xidmətləri olan böyük dövlət adamı Heydər Əliyevi vəfatının 13-cü ilində rəhmətlə və minnətlə anırıq. Mərhum Heydər Əliyevin Axısxa Türklərinin həyatında önəmli yeri vardır. Belə ki, Ümummilli lider Axısxa Türklərinin toplum halda yaşadıqları bölgələrə hər səfərində Axısxa Türkləri ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.

Ən əsası isə Axısxalı gənclərin dövlət universitetlərinə göndəriş üsulu ilə qəbul edilməsi onun Axısxa Türklərinə olan diqqət və qayğısının bariz təcəssümüdür. Bu diqqət və qayğının nəticəsi olaraq həmin gənclər bu gün yeni nəsil Axısxalı gənclərin və yeniyetmələrin gələcəkdə vətənə və millətə layiqli bir fərd olaraq yetişməsində əvəzsiz xidmət göstərirlər.

Biz Axısxa Türkləri bütün bu diqqət və qayğının nəticəsi olaraq Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevi dəstəkləyirik. Bir daha Azərbaycan xalqının başı sağ olsun.

“Ulu Öndər, Ruhunuz şad məkanınız cənnət olsun”. Hər bir millətin ucalığı onun liderlərinin böyüklüyü ilə ölçülür. Biz fəxr edirik ki, sizin kimi liderimiz olub.

Allah rəhmət etsin.

İbrahim Məmmədov,
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri.

 

0 0