-

Başqan’dan 2 fevral gənclər günü təbriki – Tam mətn

Başqan’dan 2 fevral gənclər günü təbriki – Tam mətn

Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

millixeber_27465
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Azərbaycanda yaşayan Axısxa Türkləri gəncləri də dövlətimizin inkişafı və gələcəyi uğrunda səylə çalışır. “Vətən sərhəddən başlayır” düşüncəsini rəhbər tutaraq bir tərəfdən Azərbaycanın şanlı ordusunda səylə xidmət edən gənc əsgər və zabitlərimiz digər tərəfdən isə hüquq-mühazifə, səhiyyə, təhsil, və s. sahələrdə gənc polislər, həkimlər və müəllimlərimiz millətimizə xidmət edir.

2 fevral gənclər günü münasibətilə başda bütün Azərbaycanlı gənclər olmaqla, Azərbaycanda və Azərbaycandan kənarda yaşayan bütün Axısxa Türkü gənclərimizi “Vətən” İctimai Birliyinin İdarə Heyəti adından təbrik edir onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirik.

İbrahim Məmmədov
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyətinin sədri.

Şərh üçün bağlıdır.

footer