-

Azay Quliyev: Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb

Azay Quliyev: Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb
“Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfransda çıxışı zamanı deyib.
Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşdiyini deyən millət vəkili qeyd edib ki, ölkəmizin heç də asan olmayan qonşuları var: “Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır”.
A. Quliyev bildirib ki, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atılıb. “Vahid pəncərə” sistemi qəbul edilib və sənədləşmə asanlaşdırılıb. Biz tərəfdaşlarımızla görüş zamanı alternativ təklif edirik və bu hüquqi prosedurlardan keçmək istəməyən xarici donorlar üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının bank hesabını təqdim edirik”, – deyə o vurğulayıb.

Şərh üçün bağlıdır.

footer