-

“Vətən” İctimai Birliyi yekun illik hesabat iclası keçirəcək… ELAN!!!

“Vətən” İctimai Birliyi yekun illik hesabat iclası keçirəcək…  ELAN!!!

Dünya Ahıska Türkləri Birliyi Azərbaycan təmsilçisi Axısxa Türkləri “Vətən” İctimai Birliyinin 2016-cı ilin yekunlarına həsr edilən yekun illik hesabat iclası keçiriləcək.

Bu barədə “Vətən” İctimai Birliyinin sədr müavini Cəməsəddin Əhmədov Ahiska.az-a məlumat verərkən bildirib. Cəməsəddin Əhmədov “Vətən” İB-nin 2016-cı ildə həyata keçirilən fəaliyyətlər və görülən işlər barədə  yekun illik hesabat ilə bağlı keçiriləcək bu iclasın təşkil edilməsi ilə bağlı təşkilat komitəsi qurulduğunu da dedi.

“Təşkilat komitəsi hazırda bu iclasın təşkili üçün lazımi tədbirləri həyata keçirir. Bununla bağlı Azərbaycan Respublikasının Prezident Administrasiyasına da məlumat verilib. Tədbirimizdə Saatlı RİH nümayəndələrinin də iştirakı gözlənilir. İnanırıq ki, iclasımız uğurla baş tutacaq” deyə Cəməsəddin Əhmədov bildirib.

İclasın 23 aprel 2017-cı il tarixində, saat 10:00-da Saatlı rayonunun Nəsimikənd kəndində keçirilməsi qərara alınıb.

Şərh üçün bağlıdır.

footer