-

Şura 2017-ci il II qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib

Şura 2017-ci il II qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il ikinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.
Şuranın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək, ikinci qrant müsabiqəsinin mövzuları, şərt və qaydaları haqqında ətraflı məlumat verib. İcraçı direktor hər bir istiqamət üzrə mövzuların əhatə dairəsi, layihələrdə problemin qoyuluşu və QHT-lərdən gözlənilən ideya və təşəbbüslərlə bağlı fikirlərini bidirib.
Sessiyada QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Şərh üçün bağlıdır.

footer