-

Bakıda DATÜB Gənclər Təşkilatının Təqdimat Mərasimi Keçirilib

Bakıda DATÜB Gənclər Təşkilatının Təqdimat Mərasimi Keçirilib

20 may 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Dünya Ahıska Türkləri Birliyi Gənclər Təşkilatının təqdimat mərasimi keçirilib.

ahiskali-genclik

Tədbirə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, T.C Bakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, DATÜB Gənclər Təşkilatının sədri İsmixan Kassanov, “Vətən” İctimai Birliyinin nümayəndələri, Bakı şəhərində təhsil alan axısxalı tələbələr bölgələrdən olan axısxalı şagirdlər və digər qonaqlar iştirak edib.

ahiskali-genclik-2

DATÜB Gənclər Təşkilatının sədri İsmixan Kassanov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, təşkil etdikləri bu fəaliyyət DATÜB Rəhbərliyi və Gənclər Təşkilatının ictimai və mədəni layihələrə nə qədər əhəmiyyət verdiyini izah etmək, o cümlədən Azərbaycanda yaşayan axısxa türklərinə faydalı olmağı planlaşdırdıqlarını qeyd edib.

1

Tədbirdə çıxış edən T.C Bakı səfirliyinin Mətbuat Müşaviri Hamit Karadeniz türk dövlətləri arasındaki birlik və bərabərlikdən danışıb. Natiq eyni zamanda tarixi vətənləri və vətəndaşları üçün uğurlu fəaliyyətlər göstərmək istəyən intelektual Ahıska gənclərinin bu addımını yüksək qiymətləndirib.

7

Daha sonra çıxış üçün söz Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim gənclərin ürəyindəki sevgiyə diqqət çəkərək vurğulayıb ki, gənclərin ürəyindəki sevgi bayraq, vətən, millət və torpaq sevgisidirsə o millətin gələcəyi parlaqdır .

ahmet-tecim

 “Vətən” İB tərəfindən təşkil edilən tədbirin əsas məqsədi DATÜB gənclər təşkilatının Azərbaycanda yaşayan axısxalı gənclərə tanıdılması, gənclərin dövlətimizin ictimai həyatında fəal  iştirakı, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi, beynəlxalq əhəmiyyətli layihələrdə iştirak və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından təşkilatlanmanın təmin edilməsi olub.

9

Azərbaycanda yaşayan axısxalı gənclərin eyni mərkəzdə toplanması dövlətimizin gənclər siyasətinə dəstək olmaqla, axısxalı gənclərin həm Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət və gənclər təşkilatları ilə həm də beynəlxalq təşkilatlar ilə əməkdaşlığına təkan verməsi olub.

88

Azərbaycanda yaşayan axısxa Türkləri hər zaman Azərbaycanın dövlətinin yanında olacağını qeyd ediblər. Təqdimat mərasiminin sonunda axısxalı tələbələr və şagirdlər tədbir iştirakçılarına suallar ünvanlayıb.

3

Fotoqraf: Cəmalə Əlizadə , Firdovsi Rafiqoğlu

Muxbir: Firdovsi Rafiqoğlu

Şərh üçün bağlıdır.

footer