-

Azərbaycan Xalq Cümhuriyyətinin 99 yaşı tamam olur…TƏBRİK!

Azərbaycan Xalq Cümhuriyyətinin 99 yaşı tamam olur…TƏBRİK!
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Bu 99 il əvvəl Şərqdə ilk demokratik respublika olaraq tarixə keçib.
 
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb.
 
Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. Amma onu da vurğulamaq lazımdır ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.
 
Azərbaycan Xalq Cumhuriyətinin yaranmasının 99 ili münasibətilə Azərbaycanda yaşayan Axısxa Türkləri adından bütün Azərbaycan xalqını təbrik edirik.
 
Hörmətlə,
 
İbrahim Məmmədov
 
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri.

Şərh üçün bağlıdır.

footer