-

BAŞKAN’DAN RAMAZAN BAYRAMI MESAJI

BAŞKAN’DAN RAMAZAN BAYRAMI MESAJI
Dəyərli dostlar,
 
On bir ayın sultanı olan mübarək Ramazan ayı sona çatdı. Bu ayda oruclar tutuldu, namazlar qılındı, dualar edildi. Əvvəlcə Uca Allahdan hər birinizin tutduğunuz orucunuzu, qıldığınız namazınızı və etdiyiniz dualarınızın bu mübarək ay münasibətilə qəbul edilməsini arzu edirəm.
 
Artıq Ramazan Bayramını qeyd etməklə bu ayı bol mənəvi hava içərisində keçirmənin sevincini yaşamaqdayıq. Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyəti və DATÜB Azərbaycan təmsilciliyi adından hər birinizi Mübarək Ramazan Bayramını münasibətilə ürəkdən təbrik edir gələcək həyatınızda bol uğurlar arzulayıram.
 
RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN!
 
İbrahim Məmmədov,
 
DATÜB Azərbaycan təmsilçiliyi, Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi Başqanı.

Şərh üçün bağlıdır.

footer