-

Axısxa Türkləri iki yaşlı Zəhra ilə bağlı bəyanat yaydı!

Axısxa Türkləri iki yaşlı Zəhra ilə bağlı bəyanat yaydı!

Dünya Ahıska Türkləri Birliyi Azərbaycan təmsilçisi, Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ermənilər tərəfindən qətlə yetirilən iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva ilə bağlı bəyanatı.

“Çox təəssüflər olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı. 04 iyul 2017-ci il tarixində, axşam saatlarında işğal altında olan ərazilərimizdəki Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdular.

Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldu, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

Milli mənsubiyyətindən asılı olmayaraq heç bir uşağın müharibədən əziyyət çəkməsinə razı deyilik. Lakin təəssüflər olsun ki, erməni xisləti öz mənfurluğundan əl çəkmir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir.

Günahsız şəkildə qətlə yetirilən Zəhra timsalında görürük ki, işğalçı Ermənistan üçün körpə-yaşlı fərq etmir. Biz Azərbaycanda yaşayan Axısxa Türkləri olaraq bu terroru lənətləyirik. Ermənistanı işğala son qoymağa çağırırıq. Dünya Ahıska Türkləri Birliyi Azərbaycan təmsilçisi, Axısxa Türkləri “Vətən” İctimai Birliyi və bütün Axısxalılar olaraq bildiririk ki, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq.
Biz, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandanın hər əmrinə hazır olduğumuzu bildiririk!”.

 

İbrahim Məmmədov

Dünya Ahıska Türkləri Birliyi Azərbaycan təmsilçisi,

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri.

Şərh üçün bağlıdır.

footer