-

DATÜB III Qurultayı keçiriləcək!

Ana səhifə ARXİV, Baş manşet, Manşet 03 Kasım 2017 3320
DATÜB III Qurultayı keçiriləcək!
4 Noyabr 2017 tarixində saat 10:00-da Qazaxıstanın Almatı şəhərində Dünya Axısxa Türkləri Birliyinin III qurultayı keçiriləcək.
Mərkəzi İstanbulda olan və beynəlxalq fəaliyyət göstərmək üçün qurulan Dünya Axısxa Türkləri Birliyinin Başqanı Ziyaeddin İsmixanoğlu Kassanovdur.
DATÜB, 2009-cu ildə fəaliyyətə başlayan və 2010-cu ildə isə Türkiyədə Nazirlər Kabinetinin qərarı ilə rəsmi qurulan bütün ölkələrdə yaşayan Axısxa Türklərinin Birliyidir.
DATÜB’ün başlıca məqsədi 600 mindən çox Axısxalının dünyanın hansı bölgəsində yaşamasına baxmayaraq, onların hüquqlarını qorumaq, problemlərinə çarə tapmaqdır. Türkiyə, Qazaxıstan, Gürcüstan, Azərbaycan,
Ukrayna, Amerika, Özbəkistan, Qırğızıstan və Rusiyada təmsilçilikləri olan DATÜB, bu ölkələrdə yaşayan Axısxa Türklərinin yanında olmaqda, fəaliyyətlərini həyata keçirməkdədir.
Qurultaya 9 ölkədən (Türkiyə, Azərbaycan, Ukrayna, Rusiya,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Amerika, Gürcüstan) DATÜB bölgə təmsilçilərinin nümayəndələri, Türkiyə və  Qazaxıstan dövlət orqanlarının yetkililəri, Qazaxıstan xalq Assambleyasının üzvləri, Qazaxıstan Axısxa Türk Kültür Mərkəzinin bölgə
şöbələrinin təmsilçiləri, Axısxa Türklərinin bilimsəl və yaradıcı aydınları, gənclər və media mənsubları qatılacaqlar.
Yer: Hotel Kazakistan Grand Ball Room salonu, Almatı, Qazaxıstan.

Şərh üçün bağlıdır.

footer