-

Əli Həsənov “Vətən” İctimai Birliyinin nümayəndələri ilə görüşdü.

Əli Həsənov “Vətən” İctimai Birliyinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin nümayəndələri ilə görüşdü.

Görüşdə Azərbaycanda yaşayan Axısxa Türklərinin vəziyyəti, Gürcüstana köç prosesi, təhsil və iş məsələləri müzakirə edildi.

Azərbaycan dövlətinin Axısxalı Türklərin yanında olmasından məmnunluğunu dilə gətirən “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov bu diqqət və qayğının Ulu Öndər Heydər Əliyevin zamanında da hər zaman hiss etdiklərini ifadə etdi.

1-5

“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Gürcüstan dövləti tərəfindən 11 iyul 2007-ci il tarixdə “XX əsrin 40-cı illərində Gürcüstandan sürgün olunmuş şəxslərin vətənlərinə dönmələri” haqqında qəbul edilən qanuna əsasən bu günə kimi 1800 nəfərə qədər Axısxa Türkünə repatriant (vətənə dönüş icazəsi) statusu verildiyini, onlardan isə sadəcə 497 nəfərə şərti Gürcüstan vətəndaşlığı verildiyini bildirdi.

1-4

Şərti vətəndaşlıq alan Axısxalı Türklərin Gürcüstan vətəndaşlığını əldə edə bilmələri üçün isə Azərbaycan vətəndaşlığından imtina etmələri gərəkdiyini diqqətə çatdıran İbrahim Məmmədov, Axısxa Türklərinin Azərbaycanı öz vətənləri kimi sevdiklərini, ona görə də Azərbaycan vətəndaşlığından imtina etmək istəmədiklərini qeyd etdi.

İbrahim Məmmədov bildirdi ki, Azərbaycan vətəndaşlığından imtina etməməyimiz nəticəsində Gürcüstan vətəndaşlığı əldə edə bilmirik və bu da Axısxa Türklərinin tarixi vətənlərinə köç prosesini ləngidir.

“Vətəninizə dönmək sizin haqqınızdır” deyən Prezidentin köməkçisi bildirdi ki, Biz Axısxa Türklərinin tarixi vətənlərinə köç prosesində yaxından iştirak edirik. Ərizələrin toplanması prosesində də əlimizdən gələn dəstəyi verdik. Biz köç prosesini Türkiyə dövləti ilə birlikdə həyata keçirməliyik. Türkiyə regionda söz sahibi olan bir dövlət kimi bu məsələnin müsbət həll edilməsində böyük rol oynaya bilər. O bölgələr bizim tarixi torpaqlarımızdır. Ona görə də oraları sahibsiz qoymaq olmaz.

1-3

Prezidentin köməkşisi Əli Həsənov, tarixi vətənlərinə köç prosesinə mane olan məsələlərin həllində Axısxa Türklərinə dəstək olacaqlarını bildirdi. Bundan əlavə Əli Həsənov Axısxa türklərinin çox zəhmətkeş insanlar olduğunu da qeyd etdi.

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov bildirdi ki, Axısxa Türkləri illərlə Azərbaycanda yaşayır və ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir. Bundan sonra da dövlətimizin və millətimizin yanında olmağa davam edəcəyik.

1-6

Sonda isə “Vətən” İctimai Birliyinin nümayəndələri görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Prezidentin köməkçisi Əli Həsənov ilə görüşdə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri ibrahim Məmmədov, Birliyin Bakı Komitəsinin sədri Məhəmməd Şamilov və “Axısxa” qazetinin baş redaktoru Mövlud İşık iştirak etdi.

1-1

1-2

1-9

Görüş ilə bağlı daha ətraflı “Axısxa” qazetinin gələn sayında oxuya bilərsiniz.

Şərh üçün bağlıdır.

footer