-

“Vətən” İctimai Birliyinin X Qurultayı aprel ayında keçiriləcək – ELAN

“Vətən” İctimai Birliyinin X Qurultayı aprel ayında keçiriləcək – ELAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, 7 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Əli Həsənov ilə görüşdə, Azərbaycanda aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçiriləcəyini nəzərə alaraq “Vətən” İctimai Birliyinin X Qurultayının Prezident seçkilərindən sonra keçirilməsi barədə məlumat vermiş və bununla əlaqədar razılıq əldə olunmuşdur.

Beləliklə, aprel ayının 11-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçiriləcəyini nəzərə alaraq “Vətən” İctimai Birliyinin növbəti X Qurultayının Prezident seçkilərindən sonra keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Qarşıdakı günlərdə keçiriləcək “Vətən” İctimai Birliyinin  İdarə Heyətinin növbəti toplantısında qurultayın vaxtı ilə bağlı yekun qərar alınacaqdır.

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin mətbuat katibliyi.

Şərh üçün bağlıdır.

footer