-

Saatlıda “UĞURLU PEŞƏ SEÇİMİ” mövzusunda seminar keçirildi

Saatlıda “UĞURLU PEŞƏ SEÇİMİ” mövzusunda seminar keçirildi

Azərbaycanda Axısxalı Türklərin toplum halda yaşadıqları bütün məktəbləri əhatə edəcək, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Gənclər Təşkilatı və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ortaq təşkil etdiyi, məktəblilərə uğurlu peşə seçiminin necə edilə biləcəyini öyrədən “UĞURLU PEŞƏ SEÇİMİ” adlı layihə çərçivəsində 17 fevral 2018-ci il tarixində Saatlı rayonunun Varxankənd kənd tam orta məktəbində tədbir keçirildi.

Tədbirə Varxankənd kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov, Datüb Gənclər təşkilatının sədr müavini Muhammed Nizamov, Datüb Gənclər təşkilatı Azərbaycan təmsilçisi Mövlud İşık ilə layihə koordinatorları və müəllimlər qatıldı.

Tədbirdə çıxış edən Varxankənd kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov, şagirdlərin gələcək karyeralarını müəyyənləşdirməsi, daha uğurlu peşə seçimi edəbilmələri üçün bu layihənin olduqca faydalı olacağına əminliyini qeyd etdi. Əlavə olaraq bu layihənin həyata keçirilməsi üçün əməyi keçənlərə təşəkkürlərini bildirən Lətif Şimşəkov, “Tək bir istəyim odur ki, şagirdlərimiz bu tədbirdən lazımi qədər faydalansın və bütün onları narahat edən suallarına cavab alsınlar. Təhsil bir millətin gələcəyidir. Ona görə də gənclərimiz daha çox çalışmalı və daha çox cəhd etməlidirlər.” Dedi.

dsc_4599

Datüb Gənclər təşkilatı sədr müavini Muhammed Nizamov, 9-10-11-ci sinif şagirdlərinə Datüb Gənclər təşkilatı və 2017-ci il ərzində görülən işlər barədə təqdimat etdi. Əlavə olaraq Muhammed Nizamov bu kimi layihələrin gələcəkdə də davam etdiriləcəyini, Datüb Gənclər təşkilatının məqsədinin “GƏLƏCƏK ÜÇÜN GÜCLÜ GƏNCLİK” yetişdirmək olduğunu vurğuladı. Uğurlu bir peşə seçiminin vacibli     yindən bəhs edən Datüb Gənclər təşkilatı sədr müavini Muhammed Nizamov, bir insanın məcbur olduğu bir işdə deyil sevdiyi bir işdə çalışdığı bir peşəyə sahib olmasının vacibliyini qeyd etdi.

dsc_4631

dsc_4624

Datüb Gənclər təşkilatı Azərbaycan təmsilçisi Mövlud İşık qısa çıxış edərək özünün də Varxankənd kənd tam orta məktəbinin məzunu olduğunu bildirərək, “Bir vaxtlar mən də sizin kimi bu sıralar arxasında müəllimlərimdən birşeylər öyrənməyə çalışırdım. Hələ məktəb illərində sinifimizin divar qəzetinin redaktoru idim. Amma zaman keçdi və mən Axısxa Türkləri “Vətən” İctimai Birliyinin rəsmi mətbu orqanı olan “Axısxa” qəzetinin baş redakdoru oldum. Bütün bu uğurlarımı başda üstümdə əməyi olan müəllimlərimə  daha sonra isə əzmli bir çalışmaya və uğurlu peşə seçiminə borcluyam. Mən bu uğuru əldə etdimsə siz də bu və ya daha yaxşı uğurlar qazana bilərsiniz.” Dedi.

dsc_4621

Datüb Gənclər təşkilatı Azərbaycan təmsilçiliyinin üzvləri və layihə koordinatorları tərəfindən seminara qatılan şagirdlərə “UĞURLU PEŞƏ SEÇİMİ” ilə əlaqəli olaraq ətraflı məlumat verildi, zamanın səmərəli idarə olunması, imtahanlara hazırlaşma prosesi, düzgün peşə seçimi və ən yaxşı peşələr ilə əlaqədar olaraq iştirakçılar məlumatlandırıldı.

dsc_4652

Əlavə olaraq iştirakçılar Datüb Gənclər təşkilatı Azərbaycan təmsilçiliyinin üzvü Əhməd Baratov tərəfindən edilən təqdimat ilə Türkiyə Bursları təqaüd programı, YÖS imtahanları və Azərbaycan universitetlərinə imtahanlara müraciət prosesləri haqqında lazımi məlumat əldə etdilər.

dsc_4783

Datüb Gənclər təşkilatı Azərbaycan təmsilçiliyinin üzvü Kənan İbrahimlinin aparıcısı olduğu tədbirə qatılan və seminar müddətində fəallıq göstərən şagirdlərə sertifikatlar təqdim edildi.

dsc_4835

Sonda isə Varxankənd  kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə xatirə şəkili çəkdirildi.

dsc_4842

Şərh üçün bağlıdır.

footer