-

Türkiyə səfiri Xaçmazdakı 100 illik tarixi Türk məzarlığını ziyarət edib

Türkiyə səfiri Xaçmazdakı 100 illik tarixi Türk məzarlığını ziyarət edib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral şimal bölgəsinə səfəri çərçivəsində Xaçmazın Pirquloba kəndi ərazisində yerləşən tarixi Türk qəbristanlığını ziyarət edib.

Türkiyə səfirinin 100 illik tarixi Türk məzarlığını ziyarəti sırasında Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov da iştirak edib.

sayta

Buradakı tarixi məzarların 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu nəticəsində Azərbaycana köməyə gələn Osmanlı ordusunun əsgərlərinə aid olduğu bilinir.

sayta-3

1918-ci ildə ermənilərin törətdikləri qırğınların qarşısı Nuru Paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb.

dsc_4910

Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla yad edirlər.

Şərh üçün bağlıdır.

footer