-

Birliyimizin Sədri hörmətli İsmayıl Rəhimovun 2 Fevral Gənclər Günü ilə gəncləri təbrik etdi

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan, həmçinin gənclərimiz öz töhfəsini verməlidir. Tarixdə bugün 2 Fevral 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər Günü olaraq təsdiq olunmuşdur. Bu da Dövlət səviyyəsində gənclərimizə verilən bariz nümunələrindən biridir. Dəyərli gənclər bir daha hər birinizi səmimi qəlbdən təbrik edirəm, unutmayın ki Sizlər bizim gələcəyimizsiniz. Hörmətlə, Azərbaycanda yaşayan Axısxa Türkləri VƏTƏN İctimai Birliyi İdarə heyətinin Sədri İsmayıl Ramiz oğlu Rəhimov

Şərh üçün bağlıdır.

footer