-

Türkiyə Cümhuriyyətində təhsil almaq istəyən dəyərli Axısxalı tələbələrimiz və valideynlərin Nəzərinə!

Türkiyə Cümhuriyyətində təhsil almaq istəyən dəyərli Axısxalı tələbələrimiz və valideynlərin Nəzərinə!

Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) yolu ilə Türkiyə Cumhuriyyətinin Universitetlərində təqaüdlə təhsil almaq istəyən tələbələrimiz(18-21 yaş arası) (Doktorantura və Yüksək Lisans da dahil) aşağıdakı sənədləri toplayaraq 20.02.2020 tarixinə qədər Aslan Muxtasimova +99470 309 0103 Whats App nömrəsinə vəya Facebook Messenger vasitəsi ilə göndərə bilərlər. Dəyərli soydaşlarım Sizin dəyərli zamanınızı və pul xərcləyərək Bakıya Birliyimizə gəlməməniz üçün bu yolla sənədləri göndərə bilərsiniz hovuz kənarında xərcləyə biləcəyiniz. 1. Şəkil 3×4- 1 ədəd 2. Şəxsiyyəti təsdiq edən sənəd(Kimlik) 3. Xarici Pasport ( əgər varsa) 4. Məktəbdə təhsil aldığına dair arayış. 5. 9 – cu, 10 – cu sinifin Transkriptləri. 6. 11-ci sinifin 1-ci yarım illiyinin rüblüyü. 7. Seçdiyi Fakültə. Qeyd edək ki, bir neçə ay əvvəl Türkiyə Cümhuriyyəti Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanı hörmətli Abdullah Eren bəylə ATVİB olaraq görüşümüzdə Türkiyədə təhsil alan tələbələrimizə verdikləri dəstəyə görə təşəkkürümüzü bildirmişdik, Abdullah bəy də Axısxalı tələbələrə dəstəklərini davam edəcəyini bildirmişdi.

 

Şərh üçün bağlıdır.

footer