-

Avropa Birliyi və Avropa Şurasının dəstəyi ilə Qubada keçirilən tədbirdə ATVİB İdarə heyətinin üzvü Səlimcan Rizmanov iştirak etdi.

Avropa Birliyi və Avropa Şurasının dəstəyi ilə Qubada keçirilən tədbirdə ATVİB İdarə heyətinin üzvü Səlimcan Rizmanov iştirak etdi.

Avropa Birliyi və Avropa Şurasının dəstəyi ilə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Quba Rayonunda Ayrı Seçkiliklikliyə qarşı mübarizə mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlimdə Azərbaycanda yaşayan az saylı xalqların nümayəndələri, Ombudsman Səbinə xanım Əliyeva, Avropadan gələn nümayəndələr, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Ahıska Türklərini bu təlimdə Azərbaycanda yaşayan Axısxa Türkləri VƏTƏN İctimai Birliyinin İdarə heyətinin üzvü və Şimal bölgəsi üzrə rəhbəri Səlimcan Rizmanov təmsil edirdi. Səlimcan müəllim Təlim iştirakçılarına və Ombudsman Səbinə Əliyevaya Azərbaycanın Şimal bölgəsində yaşayan Ahıska Türkləri barədə geniş məlumat vermiş, Birliyimizin gördüyü işlər barəsində iştirakçıları məlumatlandırmışdır.

 

Şərh üçün bağlıdır.

footer