-

ATVİB İdarə heyətinin sədri İsmayıl Rəhimov Birliyimizin fəalları ilə bərabər Səhidlər Xiyabanını ziyarət etdilər

 

Sən qalx qana susamış bir imperiyanın önünə yalın əllə çıx, ölümü, qiyamı, canını heçə sayaraq önlərində ətdən sipər ol. Bir Milləti ayaqda tutan amillərdən biri də Vətəni qanla yoğrulmuş şəhidlərinin olmasıdır. 1990 il 19-dan 20-nə keçən gecə hüznlə bərabər, xalqımızı Azadlığa, İstiqlala aparan yolun qığılcımı atılmışdı. Üstündən 30 il keçir, o qanlı gecə həyatlarını heçə sayaraq ölümə meydan oxuyaraq şəhid olan qardaş və bacılarımızın önündə baş əyiriq. Azərbaycanda yaşayan Axısxa Türkləri VƏTƏN İctimai Birliyi olaraq şəhidlərimizi ziyarət edib onların ruhuna Fatihə oxumağı özümüzə borc və şərəf bilirik. Bir daha Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şifa diləyirik.

 

Şərh üçün bağlıdır.

footer