-

ATVİB Sədri İsmayıl Rəhimov Gürcüstan Türklərinin Həmrəylik günü ilə təşkil olunan tədbirdə iştirak etdi

25 dekabr Gürcüstan Türklərinin Həmrəylik günü ilə əlaqədar möhtəşəm bir törən oldu. Borçalı Cəmiyyətinin təşkil etdiyi bu tədbir də Türk Dünyasına və Gürcüstan türklərinin tarixinə yeni baxış bucağı mesajları oldu. Günümüzdə baş verən siyası prosesləri təhlil edərkən görürük ki, Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur və bu münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün bizlərdə əlimizdən gələn töhfəni əsirgəməməliyik. Dünənki Tədbirdə Sədrimiz İsmayıl Rəhimov,Türkiyəmizin Bakı Böyukelçisi Sayın Erkan Özoral bəy, Tika-nın Bakı Koordinatoru Sayın Teoman Tiryaki bəy, Türkiyə Böyük Millət Məclisinin üzvü millət vəkili, Azərbaycan Türkiyə parlamentlərarsı əlaqələr qrupunun həmsədri Şamil Ayrım bəy, millət vəkilləri, ictimai xadimlər, elm adamları, sənət adamları iştirak etdilər. İsmayıl Rəhimov şəxsinə və Azərbaycanda yaşayan Axısxa Türkləri VƏTƏN İctimai Birliyi nə göstərdiyi diqqət və hörmətə görə Borçalı Cəmiyyətinin Sədri dəyərli Dava arkadaşım hörmətli Zalimxan Mammadli bəyə Biriliyimiz və öz adından təşəkkür etdi. İnşallah ən qısa zamanda belə möhtəşəm tədbirləri Borçalımızda, Axısxamızda keçirməyi Allah bizə qismət etsin. Bir daha tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk.

 

Şərh üçün bağlıdır.

footer