-

FUEN-nin “Stabil gələcək üçün dialoq” adlı növbəti forumu Kiyevdə keçirildi.

FUEN-nin “Stabil gələcək üçün dialoq” adlı növbəti forumu Kiyevdə keçirildi.

27-29 Noyabr tarixləri arasında Kiyev şəhərində FUEN – Federal Union of European Nationalities-nin “Stabil gələcək üçün dialoq” adlı növbəti Forum öz işinə başladı. 2 gün davam edən Forumda 35- dən artıq milli azlıqların nümayəndələri iştirak etdi. Ahıska türklərini bu Forumda Azərbaycanda yaşayan Axısxa Türkləri VƏTƏN İctimai Birliyinin Sədri İsmayıl Rəhimov, ATVİB-in fəallarından Telman Abbasov, Emil Rəhimov, Rusiya Vətən Cəmiyyətinin sədri Cavid Aliev, müavini və Vətənə dönüş Komissiyasının Sədri Fuad Pepinov təmsil edirdi. Forumda FUEN-nin Vitse-Prezidenti cənab Gösta Toft, Krım Tatarları Məclisinin Sədri, millət vəkili Cənab Refat Çubarov, Elvin Kadyrov, İctimai Birliklərin rəhbərləri, akademisiyənlər və Medya nümayəndələri iştirak edirdilər. Bu Forumda da FUEN-nin keçən dəfə Gürcüstanda yaşayan Gənc Vəkillər təşkilatının rəhbəri Ali Badirovun dəstəyi ilə Tiflisdə keçirilən Qafqazdakı stabillik adlı tədbirdə Axısxa Türklərinin problemləri dilə gətirildi. Forum çərçivəsində Qafqazda yaşayan xalqların sülh və ə min-amanlıq şəraitində yaşamaları üçün Avropa modellərini tətbiq etmək kimi fikirlər səsləndirildi.

Şərh üçün bağlıdır.

footer