-

ATVİB-in Bölgələrdəki iclasları davam etdir.

ATVİB-in Bölgələrdəki iclasları davam etdir.

Azərbaycanda yaşayan Axısxa Türkləri Vətən İctimai Birliyinin İdarə heyətinin təşəbbüsü ilə Saatlı rayonu Nəsimikənd kəndində bölgə iclası keçirilmişdir. İclas Türkiyənin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə 1 dəqiqəlik sükutla başladı. İclasda əsas  ATVİB İdarə heyətinin üzvləri  və kənd təşkilat rəhbərləri iştirak etdilər. Sədrin müavinləri və İH üzvü  Ali Bayraqdarov, Yusif Qafurov, cənub  bölgə rəhbərimiz Muhiddin Xəlilov, Osman Aslanov, Kərəm Qoçiyev, Hətəmşah Məcidov, Vəlid Aslanov, Nəzarət təftiş Komissiyasının sədri Xalid Rəhimov iştirak etdilər. İclasda kəndlərdəki  təşkilat rəhbərləri və Birliyimizin fəalları da iştirak etdilər. İclasda rayon və kənd təşkilat rəhbərlərini hesabatla  çıxış edərək, rastlanan probləmləri dilə gətirdilər. Sabirabad rayonu üzrə Birliyimizin İH üzvü Hətəmşah Məcidov çıxış edərək rayonda yaşayan soydaşlarımızla bağlı və görüləcək işlər barədə iclas iştirakçılarına məlumat verdi. Birliyimizin Din işləri üzrə rəhbəri Osman Aslanov 8-9 sinifdə oxuyan qız və oğlan tələbələrimiz Türkiyə Cumhuriyyətindən (burslu) maddi dəstək alaraq təhsil almaq istəyənlərlə bağlı məlumat verərək, sənədlərin qeydiyyatı 15 mart tarixinə qədər olduğunu iclas iştirakçilarına bildirdi. İclasda Birliyimizin İdarə heyətinin bütün üzvləri yekdilliklə Vətənimiz Gürcüstana və Gürcüstan rəsmiləri ilə görüşlərin keçirilməsi üçün hazırlıqlar görülməyə başlanmasını təklif etdilər.

Şərh üçün bağlıdır.

footer